Akif Əliyev: Vətəndə keçirilən yarışlar daha məsuliyyətli və daha qürürvericidir

Arxayınlaşmaq idmançını geri aparır. Bunu İstanbulda təlim-məşq toplantısında olan yunan-Roma güləşi üzrə millimizin baş məşqçi Akif Əliyev AİHOƏK ictimai əlaqələr şöbəsinə müsahibəsində deyib. Mütəxəsisisin sözünə görə, qarşısında komandanı bir neçə ciddi yarış gözləyir:

“11 fevral tarixindən 2 marta kimi İstanbulda təlim məşq topanışında olmuşuq. 3-5 martda Türkiyədə Vəhbi Əmrə və Həmid Qaplanın xatirə tunirində mübarizə aparacağıq. Həm Azərbaycanın, həm də Türkiyənin yunan-Roma güləşçiləri ikili məşq toplantısı təşkil edəcəklər. Bu yarışdan sonra İranın Abadan şəhərində keçiriləcək dünya kubokuna hazırlıqlara başlayacağıq. Bolqarıstanda Avropa çempionatına da ciddi hazırlıqlar gedir.

Ən başlıcası, Azərbaycanımızın ev sahibliyi edəcəyi 4-cü İslam həmrəyliyi oyunlarına daha məsuliyyətlə hazırlaşırıq. Vətəndə keçirilən idman yarışları daha məsuliyyətli, daha qürürvericidir. O üzdən güləşçilərimiz daha məsuliyyətlə çalışırlar.

İdmanda zədədən qaçmaq olmur, təəssüf ki, zədələnmiş idmançılarımız var. Düzünü desəm, Bakı-2017-də hansı idmançının iştirak edəcəyi hələ dəqiq bilinmir. Açığını deyim ki, idmançıların arxayın olmasını istəmirəm. Çünki, arxayınlaşmaq idmançını geri aparır. Məşq yarışları nəticələrindən sonra möhtəşəm İslam oyunlarında Vətənimizi təmsil edəcək idmançıların adı məlum olacaq və bu barədə federasiyamız açıqlama verəcək”.

Həmin kateqoriyadan