- Baxış sayı: 25
- 29 İyun 2026 16:45
- Baxış sayı: 96
- İyun 26, 2026
- 0

Ölkəmizin tanınmış voleybol mütəxəssisi Aleksandr Çervyakov dünyasını dəyişib. Allsport.az saytı xəbər verir ki, o, ürək xəstəliyi üzündən paytaxt xəstəxanasına yerləşdirilsə də, sonda həmyerlimizi xilas etmək mümkün olmayıb.
Çalışdırıcı 2013-2015-ci illərdə qadınlardan ibarət yığmaya rəhbərlik edib, uzun müddət millidə və “Azərreyl”də Faiq Qarayevin köməkçisi olub.
Ölkə xaricində ötən mövsüm İsrailin “Makkabi” (Hayfa) klubunda işləyib və premyer-liqanın gümüş medalını qazanıb.