Aleksandr Tarakanov “klassiklər”imizin yeni baş məşqçisidir

Bu gün Azərbaycan güləş federasiyasında iclas olub. Allsport.az saytı xəbər verir ki, AGF-nin prezident əvəzi Namiq Əliyev, federasiyanın baş katibi Orxan Məmmədov, vitse-prezidenti Elçin Cəfərov və idman şöbəsinin müdiri Yaqub Məmmədovun toplantıda iştirak ediblər. Sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatının yekunları müzakirə olunub və qərara alınıb ki. yunan-Roma güləşində nəticələrin qənaətbəxş olmayıb. Belədə, Şaban Donatı rusiyalı mütəxəssis Aleksandr Tarakanov əvəzləyib.

Onunla yanaşı, Afina olimpiadasının və 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi, eləcə də 6 qat Avropa çempionu Aleksey Mişin yığmamızın məşqçilər korpusunda yer alacaq. Rövşən Bayramov əvvəlki kimi böyük məşqçi vəzifəsində çalışacaq. Eyni zamanda Akif Əliyev millidə köməkçi-məşqçilərdən biri olacaq. Emin Əhmədov və Turac Hüseynli isə bundan sonra gənclərdən ibarət yığmada məşqçilik fəaliyyətini davam etdirəcək.

Yeni baş məşqçi isə öz növbəsində Azərbaycan yığmasını yaxşı tanıdığını və komandamızın böyük potensiala malik olduğunu vurğulamaqla yanaşı, lazımınca işləyərək qarşıya qoyulan hədəflərə çatacaqlarına inandığını deyib.

Qeyd edək ki, 30 illik məşqçilik təcrübəsinə sahib Aleksandr Tarakanov Aleksey Mişinlə yanaşı, Avropa çempionu Renat Bikkinin şəxsi məşqçisi olub. Mütəxəssis buna qədər Mordoviya yığmasının baş məşqçisi funksiyasını yerinə yetirib.



Həmin kateqoriyadan