Aleksandr Tarakanov: Olimpiadaya bacardığımız qədər çox vəsiqə qazanmalıyıq

Romada qitə çempionatında tarixi uğura yetişən yunan-Roma güləş millimiz bu gecə vətənə qayıdıb. Allsport.az xəbər verir ki, 2 qızıl, 4 bürünc medalla komanda hesabında 2-ci yeri tutan yığmanı hava limanında təmtəraqla qarşılayıblar. Baş məşqçimiz Aleksandr Tarakanov qələbə barədə bunu deyib:

“Komandanın çıxışından çox razı qaldım. Fikrimcə, Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanmaq çox yaxşı nəticədir. Nəzərə alaq ki, bizim üçün əsas lisenziya turnirləri sayılır. Çünki olimpiadaya bacardığımız qədər çox vəsiqə qazanmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

Fürsətdən istifadə edib AGF-nin rəhbəri Namiq Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki o komandanın bütün ehtiyaclarının qarşılanması və yüksək səviyyədə təlim-məşq toplanışlarının təşkili üçün əlindən gələni əsirgəmir. Biz də çalışacağıq ki, bizə yaradılan bu şərait fonunda etimadı tam doğruldaq”.

Həmin kateqoriyadan