Ali baş komandan müalicə alan hərbçiləri ziyarət edib. Görüşə Qalib güləşçi də qatılıb

Ölkə başçısı, ali baş komandan İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva 1 saylı kliniki tibbi mərkəzdə müalicə olunan hərbçilərə baş çəkiblər. Allsport.az saytı xəbər verir ki, görüşdə gənc sərbəst güləşçilərin Avropa çempionu və hərbçilər arasında dünya çempionu Qalib Əliyev də yer alıb. O, Xocavənd istiqamətində gedən döyüşdə yaralanmışdı.

Azərbaycan prezidenti və birinci xanım yaralı əsgərlərimizə bundan sonrakı şəxsi həyatlarında uğurlar arzulayıb və onlara şəfa diləyiblər. İlham Əliyev deyib ki, heç bir hərbçi işsiz qalmayacaq. Üstəlik, onların hamısı yeni təsis olunan orden və medallarla mükafatlandırılacaqlar.

Həmin kateqoriyadan