Alla Həsənovanın komandası ölkə birinciliyinə qələbə ilə başladı

Bu gün 16 yaşlı və 16 yaşadək voleybolçu qızlar arasında birinciliyə start verilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan voleybol federasiyasının İdman zalında təşkil olunan yarışın ilk günündə bir oyun keçirilib.

Birinciliyin açılış matçında “Azərreyl-3” komandası “Azərrey-1”ə 0:2 uduzub.

Yarışın növbəti oyunları sabah AVF-nin və UNEC-in idman zallarında baş tutacaq. Birincilikdə 18 komanda iştirak edir.

Reqlamentə əsasən komandalar 2 qrupda 1 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.

“A” qrupu: – “Ryuga”, “Aura”, “Azərreyl-1”, “Azərreyl-3”, “Xarı Bülbül Laçın”, “Abşeron”, “Sumqayıt”, “Lokomotiv”, “Milli Aviasiya Akademiyası”.

“B” qrupu: – “Azərreyl-2”, “Azərreyl-4”, “Xarı Bülbül Şuşa”, “Dinamo”, “Murov Az Terminal”, “İlkin”, “Xəzri”, “Zəngəzur”, “Bakı”.

23 dekabr
“A” qrupu
“Azərreyl-3” – “Azərreyl-1” (0:2)

24 dekabr
10:00. “Aura” – “Lokomotiv” (AVF-nin idman zalı)
11:00. “Xarı Bülbül Laçın” – “Sumqayıt” (UNEC-in idman zalı)
11:30. “Abşeron” – “Milli Aviasiya Akademiyası” (AVF-nin İdman zalı)

“B” qrupu
12:30. “Murov Az Terminal” – “Bakı” (UNEC-in idman zalı)
13:00. “Azərreyl-4” – “Xarı Bülbül Şuşa” (AVF-nin idman zalı)
14:00. “Zəngəzur” – “Dinamo” (UNEC-in idman zalı)

Həmin kateqoriyadan