Allsport.az 6 yaşında!

Bu gün allsport.az portalının 4 yaşı tamam olur. 2014-cü ilin noyabrın 12-də, Konstitusiya günündə sayt ictimailəşib. Yeni söz demək bacarığı həmişə gündəmdə olub. Bütün idman növlərinin təbliğini qarşıya məqsəd qoyan allsport.az, daim doğru-dürüstlüyünü qoruyub, operativliyini, oxucuları müfəssəl məlumatla təmin etmək imkanını saxlayıb. Əminik ki, idmanın carçısı bundan sonra da bu vəzifənin öhdəsindən gələcək, öz oxucu çevrəsini yeni xəbərlərlə, maraqlı guşə yazıları və təhlili yazıları ilə təmin edəcək.

Budəfəki əlamətdar gün xoş ovqatla yadda qalır. Dağlıq Qarabağ və onun ətrafında düşmən işğalında qalan torpaqlarımızın böyük hissəsi ölkə başçısı, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 27 il sonra şanlı ordumuz tərəfindən ermənilərdən azad olundu. Füzuli, Cəbrayıl, Ağoğlan, Zəngilan, Qubadlı və nəhayət Şuşa şəhəri artıq bizim nəzarətimizdədir! Təslimçi sülh imzalayan üzdəniraq qonşumuz tezliklə Kəlbəcər, Ağdam və Laçını tərk edəcək. Naxçıvana dəmir və avtomobil yolları bərpa olunacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Həmin kateqoriyadan