Allsport.az “İlin idman portalı” nominasiyasında “Zəfər” beynəlxalq mükafatına layiq görüldü

Bu gün “Abşeron-Marriott” mehmanxanasında gənclər və idman nazirliyi və “Sportsman” jurnalının təşkilatçılığı ilə ötən ilin yekunlarına həsr olunan qala-gecə keçirildi. 2004-cü ildən nəşr olunan dərgi AGİN-in dəstəyi ilə təsis etdiyi “Zəfər” beynəlxalq idman mükafatının təqdimetmə mərasimində 19 nominasiyada qaliblərin adları açıqlandı.

Seçilənlər siyahısında allsport.az da oldu. Saytımız “İlin idman portalı” nominasiyasında gənclər və idman naziri Azad Rəhimovun və “Sportsman”in baş redaktoru Rəşad Cavadovun (Qəmərşahoğlu) imzaladıqları Fəxri fərmanla təltif edildi.

Həmin kateqoriyadan