Allsport.az “İlin media qurumu” nominasiyasında “Zirve Awards” beynəlxalq mükafatına layiq görüldü

Bu gün “Bulvar” mehmanxanasında “Zirvə” beynəlxalq idman klublarının 2019-cu ilin idman yekunlarına həsr olunmuş ənənəvi mükafatlarının təqdimetməsi oldu. Allsport.az saytı xəbər verir ki, tədbirdə idmanının tanınmış simaları – olimpiya, dünya və Avropa çempionları və mükafatçıları, il ərzində uğurlu nəticələri fərqlənmiş, həmçinin digər şəxslər iştirak etdilər. Bu dəfə mərasim digərlərindən fərqli keçdi. Klub rəhbərliyi yeniyetmə və uşaq idmanının inkişafı və təbliğini üstün tutaraq qaliblər siyahısına məhz bu istiqamətdə fərqlənən şəxsləri daxil etdi.

Mükafata layiq görülən idmançıların heç birinin yaşı 17-dən yuxarı olmayıb, digər nominasiyalarda təltif edilən şəxslər də məhz bu yaşa qədər idmanın inkişafındakı xidmətlərinə görə fərqləndiriliblər. “Zirve Awards”da “İlin idmançısı”, “İlin idman adamı”, “İlin hakimi”, “İlin məşqçisi”, “İlin federasiyası”, “İlin media qurumları”, həmçinin “Zirvə Oyunları”nda “İlin klubu”, “İlin təşkilatçısı”, “Uşaq İdmanının Təbliğindəki roluna görə” və “Olimpiya ümidləri” nominasiyaları üzrə qaliblər elan edilib.

Tədbirdə çıxış edən “Zirvə”nin prezidenti Tofiq Heydərov beynəlxalq yarışlarda qazandırları uğurlardan danışdı: “Ümumilikdə 236 medal qazanmışıq. Bunlardan 96-sı qızıl, 62-si gümüş, 78-i isə bürünc olub. Bu mükafatlardan 169-u daxili, 67-si isə ölkə xaricindəki yarışlarda qazanılıb. Fərqlənən idman növləri arasında ağırlıqqaldırma öndə olub. 2019-cu ildə rəqabətə karate, takevondo, bədii gimnastika, basketbol və cüdo növləri də qoşularaq, layiqli və nəzərəçarpacaq uğurlara yetişiblər”.

“İlin media qurumu” nominasiyasında “Allsport.az” saytı da vardı. Sonda bu ilin may ayında Astarada keçiriləcək 8-ci “Zirvə” meynəlxalq uşaq oyunlarının təqdimat videoçarxı yayınlandı, bayraq bu rayonun təşkilatçılarına ötürüldü.

Həmin kateqoriyadan