Allsport.az-ın xəbəri təstiqləndi: AGF yeniyetmə yunan-Roma güləş millisinin məşqçilərini işdən azad etdi

Yeniyetmələr və kiçik yaşlı yeniyetmələrdən ibarət yunan-Roma güləş millisinin məşqçilər heyətində dəyişiklik edilib.

Allsport.az xəbər verir ki, AGF prezidentinin səlahiyyətlərinin icraçısı Namiq Əliyevin imzaladığı əmrə əsasən, yeniyetmələrin Avropa və dünya birinciliklərində yığma komandanın imkanlarından aşağı səviyyədə iştiraklarına görə böyük məşqçi Bəhram Mürvətov, məşqçilər İslam Cəfərov və Fuad Əliyev tutduğu vəzifədən azad ediliblər.

Onların yerinə Taleh İsrafilov böyük məşqçisi, Nazim Əhmədov və Rasim Ağayev məşqçi təyin olunublar. Bu barədə saytımız 16 iyul tarixindəki məqalədə bildirmişdi.

Bundan başqa, kiçik yaşlı yeniyetmələrdən ibarət yığmada böyük məşqçisi Əfsər Namazəliyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb, Əbülfət Məmmədov və İlham Vəzirov bu yaş qrupundan olan komandaya məşqçi təyin edilib.

 

Həmin kateqoriyadan