- Baxış sayı: 36
- 25 Aprel 2024 21:30
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Azərbaycan Gimnastika Federasiyasının 8-ci ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə federasiyanın Altay Həsənov 2002-ci ildən fəaliyyətə başlayan AGF-in 15 illik yubileyinə dair hesabat məruzəsi ilə çıxış edib.
Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan vitse-prezident, 15 il ərzində gimnastlarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri və Azərbaycanda gimnastika növləri üzrə irimiqyaslı yarışların yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.
O, bu ilin mayında Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında milli komandanın çıxışını yüksək qiymətləndirib, gimnastikanın 6 növünün ölkəmizdə inkişaf etdiyini vurğulayıb.