Alyona Kolesnik U-23 Avropa çempionatında qızıl medal qazandı

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunublar.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Alyona Kolesnik Estoniya, İsveçrə və Belarusdan olan rəqiblərini üstələyərək finala yüksəlib. Final görüşündə onun rəqibi Bolqarıstan idmançısı olub. Rəqibinə heç bir şans verməyən təmsilçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq U-23 Avropa çempionatının qızıl medalına sahib olub.

48 kq
1/8 final – Nadejda Fedorova (RUS) – Patimat Baqomedova 10:0
Təsəlliverici görüş – Patimat Baqomedova – Vanesa Kaladzinskaya (BLR) 2:5

55 kq
1/8 final – Alyona Kolesnik – Anastasiya Krasnova (EST) 2:0 (təmiz qələbə)
1/4 final – Natali Rieser ((SUI) – Alyona Kolesnik 0:11
1/2 final – Alyona Kolesnik – Zalina Sidakova (BLR) 8:4
FİNAL – Evelina Nikolova (BUL) – Alyona Kolesnik 0:12 (təmiz qələbə)

69 kq
1/8 final – Martina Kuenz (AUT) – Elis Monolova 8:4

Həmin kateqoriyadan