Alyona komandamızı medalsız qoymadı. 3 olimpiya çəkisində nəticə 0!

Xorvatiyada güləşçilərin açıq Zaqreb turniri davam edir. 

Allsport.az saytı xəbər verir ki, yarışın 4-cü günündə qadınlarda daha 4 çəkidə mükafatçılar bilinib. 59 kq-da iştirakçı sayı az olduğundan, görüşlər dairəvi keçrilib.

Bu çəkidə təmsilçimiz Alyona Kolesnik yekunda 3-cü yer tutub. O, 4 tutaşmadan yalnız birində, özü də tuşe (erkən qələbə) ilə qalib gəlib.

Digər titullu legionçumuz Elis Manolova (62 kq – olimpiya çəkisi) ilk qarşılaşmadan sonra mübarizəni erkən dayandırıb.

Yanvarın 3-də yunan-Roma güləşçiləri də mübarizəyə qoşulublar. 2 çəkidə rəqabət aparılıb. Sənan Süleymanov (77 kq) və İslam AbbasovMəhəmməd Əhmədiyev (hər ikisi – 87 kq) uğursuz çıxış ediblər. Bu növdə hər 2 çəki olimpiya proqramına daxildir.

Həmin kateqoriyadan