AMADA və ABF-nin birgə seminarı

Milli antidopinq agentliyinin və badminton federasiyasının birgə maarifləndirici seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda dinləyici qismində badminton üzrə milli komandamızın üzvləri, məşqçilər və federasiya rəsmiləri iştirak ediblər. Məşğələdə antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib.

Təhsil və təlim üzrə menecer Lalə Hacıyeva bu sahədə mövcud qaydalardan və onlara riayət olunmayacağı təqdirdə tətbiq ediləcək cəzalardan danışıb. Bildirilib ki, idmançılar istənilən yerdə hər an heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər.

Qaydalara əsasən idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd şəkildə aparılmadığına əmin olmalı, məkan məlumatını təmin etməlidir.

Həmin kateqoriyadan