Antalya turnirinin ikinci günündə 2 gümüş və 2 bürünc medal

Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir davam edir. Allsport.az xəbər verir ki, turnirin ikinci günündə güləşçilərimiz 2 gümüş və 2 bürünc medal qazanıb.

74 kq çəkidə sərbəst güləşçimiz Murad Süleymanov finala qədər maneəsiz irəliləyib. Finalda Rusiya təmsilçisi ilə gərgin keçən görüş rəqibin üstünlüyü ilə tamamlanıb. Murad Süleymanov turnirin gümüş medalını qazanıb.

Turnirin ikinci günündə yunan-Roma güləşçilərinin yarışında mübarizə aparan ən ağır çəkidə mübarizə aparan Cavid Feyziyev (120 kq) də gümüş medala sahib olub. 55 kq-da təmsilçimiz Mikayıl Rəhmanov isə bürünc medal qazanıb.

Digər bürünc medalı isə yığmamıza, gənc qızlardan ibarət komandanın üzvü Türkan Nəsirova qazandırıb.

Beləliklə, Antalyada keçirilən turnirin ilk iki gününün yekunlarına görə, güləşçilərimizin aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc medal var.

Turnir mayın 24-də başa çatacaq.

Həmin kateqoriyadan