- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

İran Mehşəhrində yunan-Roma güləşçiləri arasında ənənəvi Təxti kubokunun 2-ci günündə millimiz 1 qızıl və 1 bürünc medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, bütün rəqiblərini üstələyən Orxan Nuriyev (97 kq) 1-ci olub. O, həlledici görüşdə türkiyəli Rio olimpiadasının bürünc mükafatçısı Cenk İldəmi üstələyib.
Türmən Eyyubov (97 kq) 3-cü yer üçün tutaşmada yerli Məhəmməd Yeganəhi məyus edib. Ziyad Zeynalov, İbrahim Nurullayev (hər ikisi – 55 kq) və Sakit Quliyev (60 kq) 5-ci olublar.