Ardıcıl 4-cü məğlubiyyət

Azərbaycan yığması Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında şərqi Avropa voleybol zona assosiasiyasının (EEVZA) çempionatında növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, millimiz dördüncü matçında Litva ilə qarşılaşıb.

Əvvəlki 3 oyunda olduğu kimi, voleybolçu qızlarımız yenə də 1 set qazanmadan məğlub olublar. Şahin Çatmanın rəhbərlik etdiyi milli bu dəfə ən yaxşı halda 14 top qazana bilib.

Azərbaycan – Litva – 0:3 (7:25, 14:25, 13:25)

Həmin kateqoriyadan