Ardıcıl 5-ci məğlubiyyət

Azərbaycan yığması Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında şərqi Avropa voleybol zona assosiasiyasının (EEVZA) çempionatında növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, millimiz 5-ci matçında Polşa ilə qarşılaşıb.

Əvvəlki 4 oyunda olduğu kimi, voleybolçu qızlarımız yenə də 1 set qazanmadan məğlub olublar. Bu matçda millimiz məhsuldarlıq baxımından ən pis göstəricisini nümayiş etdirib. Onlar ümumilikdə 24 top qazanıblar. Şahin Çatmanın rəhbərlik etdiyi yığma bu ən yaxşı halda 10 top qazana bilib.

Polşa – Azərbaycan – 3:0 (25:7, 25:10, 25:7)

Həmin kateqoriyadan