Arif Abdullayev: Uşaqlar pik nöqdətəydilər, indi hər şeyi yenidən başlamalı olacağıq

Xəbər verdiyimiz kimi, dörd bir yanı cənginə alan koronavirus təhlükəsi üzündən 19-22 martda Macarıstan paytaxtı Budapeştdə qitə, 30 aprel – 3 mayda Bolqarıstanın baş şəhəri Sofiyada keçirilməli olan güləş üzrə dünya olimpiya təsnifatları təxirə salınıb. Maraqlıdır, hazırkı vəziyyət Mahacqalada təlim-məşqdə olan millinin xeyrinə, yoxsa ziyanınadır? Komandamızın məşqçisi Arif Abdullayev allsport.az saytına açıqlamasında duruma belə aydınlıq gətirib:

“Bir müddətdir Dağıstanda yerli güləşçilərlə birgə hazırlaşırıq. Toplanışı artıq bitirmək üzrəyik. Lisenziya yarışlarının təxirə salınmasının nəticəsini zaman göstərəcək. Onu deyim ki, uşaqlar pik nöqdətəydilər, mübarizəyə tam hazırdıq.

İndi yarışların nə vaxt təşkil ediləcəyini gözləməliyik. Məşqlərimizi davam edəcəyik. Amma əsas mərhələyə yenidən başlamalı olacağıq. Ümumi vəziyyət başqa ölkələrin yığmalarına da təsir edir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynovla bir komandayıq, güləşçilər bizə inanırlar. Hamı necə, biz də elə. Duruma uyğun hərəkət edəcəyik”.  

Həmin kateqoriyadan