Asif Şirəliyev: “Cox diqqətli olmağı tapşırdılar”

Sabah Sofiyada güləş üzrə dünya olimpiya təsnifatı start götürəcək. Bu gün yarışın hakimlərinə seminar keçirilib. Toplantıda iştirak edən İ-S dərəcəli referimiz Asif Şirəliyev allsport.az saytına bildirib ki, Dünya güləş birliyinin hakimlər komitəsinin sədri Antonio Silvestri hər kəsə çox diqqətli olmağı tapşırıb:

“Bolqarıstan paytaxtındakı turnir sonuncu fürsər olduğu üçün, bizi maksimum diqqətli olmağa çağırdılar. O, ciddi tapşırıqlar verdi. Bu sınaqda referilərin də taleyi həll olunur. Məhz olimpiya təsnifatı yarışlarının yekununa əsasən, özünü yaxşı tərəfdən göstərənlərə Tokio-2020 yollanmaq imkanı qazanacaq”.

Нет описания.
Нет описания.
Нет описания.

Həmin kateqoriyadan