- Baxış sayı: 123
- 10 Avqust 2026 17:29
- Baxış sayı: 73
- Avqust 10, 2026
- 0

Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb. Allsport.az xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da olimpiadada təmsil olunacaq.
İ-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə olimpiya oyunlarında ədaləti qoruyacaq. İlk dəfə Tokio-2020-də debüt edən 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya güləş birliyi geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib.
Ümumilikdə 39 referi qarşıdan gələn olimpiadada iş başında olacaq.