Aslan Ağayev: Budapeşt qitə olimpiya təsnifatında 1 lisenziya hədəfləmişik

Xəbər verdiyimiz kimi, qadın güləş yığmamız hazırda təlim-məşqi Macarıstanda keçir. Komanda Budapeştə Kiyevdən yollanıb. 18-21 martda bu paytaxtda Avropa olimpiya təsnifatı keçiriləcək. Allsport.az saytına müsahibəsində, millimizin baş məşqçisi Aslan Ağayev toplanışı dəyərləndirib, hədəfi açıqlayıb:

“Budepeştdən 150 km kənarda həndbol akademiyasında yerləşmişik. Hər şey qaydasındadır. Hazırlıq yüksək səviyyədə davam edir. Bizimlə yanaşı, 15 ölkənin komandası iştirak edir. Heyətlər kiçikdir, əsasən lisenziya qazana bilməyənlər qatılıblar. Ümumilikdə, 50-60 qadın güləçi var.

Sabah bizim tutaşmalar olacaq. Millinin lideri Mariya Stadnik də bizimlədir. Bildiyiniz kimi, onun Tokio olimpiadasına vəsiqəsi var. Amma yığma məşqlərindən geri qalmamaq üçün burdadır. Allahın köməkliyi ilə, bu yarışda 1 lisenziya hədəfləmişik. Qalanlarını 2-ci sınaqda, Bolqarıstanda planlamışıq. Ümumilikdə, 2-3 vəsiqə qazansaq, yaxşı olar”.

Həmin kateqoriyadan