Aslan Ağayevlə Rövşən Umudovun komandası Medvedin turnirinə Minskdə hazırlaşır

Qadın güləş yığmamız Belarus paytaxtında təlim-məşq toplanışı keçir. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Aslan Ağayev və Rövşən Umudov 10 gün davam edəcək hazırlığa Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) cəlb edib.

Toplanış başa çatdıqdan sonra, millimiz ayın 14-16-da Minskdə 3-qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə ənənəvi beynəlxalq yarışda qüvvəsini sınayacaq. Görüşlərin idarə edilməsində ölkəmizi İ-S dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

Həmin kateqoriyadan