Ataların sözü “ Lokomotiv”ə düşərli oldu

Dünən qadın voleybolçuların Super Liqasının pley-off mərhələsində yarımfinal başa çatıb. Allsport.az saytı xəbər verir ki, Voleybol Mərkəzində keçirilən yeganə matçda “Azəryol” və “Lokomotiv” klubları qarşılaşıblar.

Tərəflər arasında hesab 1:1 olduğundan, qalib 3-cü oyunda müəyyənləşib. Ataların sözü “dəmiryolçular”a düşərli olub.

Həlledici görüşdə daha yaxşı təsir bağışlayan “Lokomotiv” finala adlayıb – 3:1 (27:17, 18: 25, 25:12, 25: 16). Qızıl medal uğrunda matçla Bülənd Qarslıoğlunun komandası «Rabitə» ilə üz-üzə gələcək.

 

Həmin kateqoriyadan