“Avey” İK qazaxlı güləşçi Əfqan Xaşalovu dünya çempionu olması münasibətilə mükafatlandırıb

Bu gün “Avey” İdman Klubunun rəhbərliyi Fransanın Makon şəhərində keçirilən gənclərin dünya birinciliyində qızıl medal qazanan Qazax güləş məktəbinin yetirməsi Əfqan Xaşalovla (55 kq) görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda ölkə başçısı İlham Əliyevin idmana diqqət və qayğısından, idmançılarımızın Rio-2016-da uğurlu çıxışından və ölkənin idman perspektivləri haqqında söhbətlər aparılıb.

Sonda möhtəşəm qələbə münasibətilə gənclərin 2-qat dünya çempionuna Fəxri diplom və mükafat verilib.
Görüşdə “Avey” İdman Klubunun prezidenti Arzuman Abdulkərimov, icraçı direktor Şahsuvar Məhyəddinov, çempionun şəxsi məşqçisi Cavid Qurbanzadə, klubunun İdarə Heyətinin üzvləri Yusif Alıyev və Tural Səmədov iştirak ediblər.

Həmin kateqoriyadan