AVF “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbirlərdə yaxından iştirak etdi

Azərbaycan Voleybol Federasiyasının Regional İnkişaf Mərkəzinin İdman zalında “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbir keçirildi. Toplantnı AVF-in Baş Katibi Elşən İsmayılov açıq elan etdi. O, qonaqları, idmançıları salamladı və onları bayram münasibəti ilə Azərbaycan Voleybol Federasiyası adından təbrik etdi.

E.İsmayılov bütün idmançılarımıza can sağlığı və yüksək idman nəaliyyətləri arzu etdi. Baş katib ölkəmizdə keçiriləcək ilk 2015 Avropa Oyunlarından da danışdı. Ilk Avropa Oyunları idmançılar üçün bir bayram olmalıdır və bu bayramdan hər bir idmançı medalar qazanılması üçün əlindən gələni etməlidir.

Sonra gənc gimnastların maraqlı çıxışı oldu. “Azərreyl”, “Azəryol” və “Lokomotiv” klublarının yeni yetmələri arasında estafetlər keçirildi. Ən sonda voleybol üzrə kişilərdən ibarət milli yığma komandamız öz aralarında yoldaşlıq görüşü keçirdi. 1-ci hissə azarkeşlərin daha çox marağına səbəb oldu. İlk dəfə olaraq voleybolsevərlər qaydasız voleybol seyr etdilər.

Həmin kateqoriyadan