- Baxış sayı: 41
- 03 Avqust 2026 22:57
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) yeni rəhbərliyi işə fəal başlayıb. Allsport.az saytı xəbər verir ki, bu günlərdə ilin ilk 6 ayının yekunlarına həsr olunmuş toplantıda qarşıya qoyulan yeni hədəflər açıqlanıb. Əsas məqsəd milli komandaların gücləndirilməsi və ölkə daxili çempionatlarda klubların sayının çoxalması və oyun səviyyəsinin daha yüksəlməsidir.
AVF-in prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucov infrastrukturun qurulması, yenilənməsi və genişlənməsi istiqamətində də addımlar atırlar. Yeri gəlmişkən, “Sahil” bağı civarında yerləşən federasiyanın mərkəzi idarəsinin 1-ci qatı əsaslı təmir olunub. 3-cü mərtəbədə də köklü abadlıq işləri aparılacaq.



