AVF-in nümayəndələri Gəncədə

AVF bölgələrdə voleybolun təbliği, bu idman növünə uşaqları və yeniyetmələri cəlb etmək yolunda fəaliyyətini davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu məqsədlə fevraldan AVF nümayəndələrinin iştirakı ilə məşqçi-müəllimlər üçün seminarlar və bölgələrə səfərlər təşkil olunur.

Martda Şəki şəhərində keçirilən görüşdən sonra, aprelin 9-da AVF-nin baş katibi Fərid Xəlilov və federasiya rəsmiləri Gəncədə olublar. Səfər zamanı gənclər və idman baş idarəsinin rəisi Həmid Nəsirovla və “Gəncə idman klubu” ictimai birliyinin sədri Elvar Osmanov görüşlər keçirilib. Söhbət zamanı bu şəhərdə voleybol idman növünə böyük marağın olduğu vurğulanıb.

Həmin kateqoriyadan