AVF rəhbərliyi millinin çıxışına nə qiymət verdi?

Azərbaycan voleybol federasiyasının (AVF) rəhbərliyi Avropa çempionatında çıxışını başa vuran qadın voleybolçulardan ibarət millimizlə görüşüb. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin voleybol mərkəzində baş tutan görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq QarayevBəhruz Quliyev, baş katib Faiq Orucov, idarə heyetinin üzvləri, eləcə də millimizin hazırda Bakıda olan oyunçuları və texniki heyəti iştirak edib.

Federasiya rəhbəri, voleybolçularımızın Avropa çempionatında arzulanan nəticəni əldə edə bilməsələr də, sonadək mübarizə apardıqlarını qeyd edib. O, komandanın uğurlu çıxış üçün əllərindən gələni etdiklərini vurğulayıb və onlara təşəkkürünü bildirib. Voleybolçularımıza ruhdan düşməməyi, bundan sonrakı yarışlara köklənməyi tövsiyə edib.

Həmin kateqoriyadan