AVF rəsmiləri Avropa çempionatını canlı izləyəcək

Sentyabrın 15-də İtaliyanın paytaxtı Romada Avropa voleybol konfederasiyasının 50 illik yubileyi münasibəti ilə qala gecəsi təşkil olunacaq.

Allsport.az xəbər verir ki, tədbirdə Avropa federasiyalarının prezidentləri və rəsmi qonaqlar iştirak edəcəklər.

AVF-nin prezidenti Şahin Bağırov və vitse-prezidenti Faiq Qarayev də qala gecəsinə qatılacaqlar.

Federasiya rəhbərliyi sentyabrın 16-da isə İtaliyada kişi voleybolçular arasında keçirilən Avropa çempionatında final və üçüncü yer uğrunda görüşləri izləyəcək.

Həmin kateqoriyadan