AVF rəsmiləri Avropa voleybol konfederasiyasının baş assambleyasında

Sentyabrın 22-də Niderlandın Arnhem şəhərində Avropa voleybol konfederasiyasının (CEV) baş assambleyası keçirilib.

Allsport.az saytı xəbər verir ki, beynəlxalq voleybol federasiyasının (FİVB) prezidenti Ari Qraça və CEV prezidenti Aleksandr Boriçiçin rəhbərlik etdiyi toplantıda 52 yerli federasiyanın nümayəndələri qatılıb.

Yığıncaqda Azərbaycan rəsmiləri də iştirak ediblər. Tədbirdə ölkəmiz AVF-nin vitse-prezidenti Cəlil Cəfərov və baş katib Fərid Xəlilov ilə təmsil olunub.

Həmin kateqoriyadan