AVF rəsmisi ÇL-də

Azərbaycan voleybol federasiyasının (AVF) regional inkişaf mərkəzinin rəhbəri, Avropa voleybol konfederasiyasının (CEV) Avrokuboklar komissiyasının üzvü Nərgiz İsmayılova qadın voleybolçular arasında ,empionlar liqasına təyinat alıb.

Allsport.az xəbər verir ki, o, fevralın 20-də 1/4 final çərçivəsində keçiriləcək “Lodz” (Polşa) və “Milano” (İtaliya) klublarının oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri ukraynalı Mixaylo Medvid və rumıniyalı Boqdan Laurentiu Stoiça olacaq.

Həmin kateqoriyadan