- Baxış sayı: 48
- 24 Sentyabr 2026 10:00
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman çempionlar liqasına təyinat alıb.
Allsport.az xəbər verir ki, CEV-in Avropa idarə təşkilatı komissiyasının üzvü C qrupunun “Srvena Zvezda” (Serbiya) – “Potsdam” (Almaniya) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qarşılaşma bu gün Belqradın “Vojdovas” idman mərkəzində keçiriləcək. Görüşün hakimləri makedoniyalı Sanya Simonovska və yunanıstanlı Vasileios Vasileyadis olacaqlar.