AVF seleksiya xarakterli görüş keçirdi

Azərbaycan voleybol federasiyası uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində növbəti dəfə seleksiya xarakterli görüş keçirib.

Allsport.az xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət millilərin baş məşqçisi Şahin Çatma, eyni zamanda, federasiya nümayəndələri bununla bağlı Gəncədə səfərdə olublar.

Səfər çərçivəsində Şahin Çatma və Gəncə regional voleybol klubunun rəhbərliyi bir neçə orta məktəbdə görüş keçiriblər. Müvafiq kriteriyalara uyğun gələn uşaqlar müəyyənləşdirilib. Seçilən uşaqlar gəncə regional voleybol klubunda məşqlərə cəlb olunacaqlar.

Həmin kateqoriyadan