AVF yeni mövsümü müzakirə edib

Bu gün Azərbaycan voleybol federasiyasının (AVF) növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, Gənclər və idman nazirliyinin voleybol mərkəzində tədbirə AVF-nin baş katibi Faiq Orucov rəhbərlik edib.

Toplantıda qadınlar və kişilər arasında Azərbaycan çempionatlarının yeni mövsümündə çıxış edəcək klubların rəhbərləri, menecerləri, baş məşqçiləri iştirakı edib. Tədbirdə yeni mövsümün başlama vaxtı, keçirilmə sistemi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Yeni mövsümdə keçiriləcək çempionat və turnirlər haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək.

Həmin kateqoriyadan