AVK-in azərbaycanlı idarə heyətinin üzvü çempionlar liqasının püşkatmasına qatılıb

Polşanın Katovitse şəhərində Avropa voleybol konfederasiyasının baş assambleyasından bir neçə gün sonra, qitə ailəsi yenidən bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, dünən Sloveniyanın paytaxtı Lüblyanada ev sahibliyi ilə bağlı qala təşkil olunub.

Tədbirdə AVK-in idarə heyətinin üzvü, AVF-in baş katibi Cəlil Cəfərov iştirak edib. Toplantıda gələn ilin çempionlar liqasının püşkatması keçirilib. Mərasimdə qruplar isveçrəli voleybol ulduzu Joanna Heidrich və italiyalı Paola Egonunun köməyi ilə müəyyən olunub.

Həmin kateqoriyadan