Avropa birinciliyində daha 4 medal

Rumıniya paytaxtı Buxarestdə U-17 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə yunan-Roma güləş millisi daha 4 medal qazanıb.

Məhəmməd Qasımzadə (60 kq) finalda gürcüstanlı Avtandil Mamaladzeyə tam üstünlüklə (9:1) qalib gəlib. Vədat Qasımlı (51 kq) və Davud Məmmədov (71 kq) 2-ci, Hüseyn Savadov (45 kq) isə 3-cü yer tutublar.

Beləliklə, seçmə komandamız qitə birinciliyini 8 medalla başa vurub. Bunlardan 2-si qızıl, 5-i gümüş, 1-i isə bürünc medal olub.

Həmin kateqoriyadan