- Baxış sayı: 90
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 90
- Sentyabr 24, 2026
- 0

15-17 iyunda Macarıstanın Györ şəhərində yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, məşqçi Namiq Quliyevin rəhbərliyi ilə sərbəst güləşçilərin yarışında 4 medal qazanılıb.
Məmməd Əhmədov (57 kq) yalnız finalda yenilib. Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) bürünc mükafata yetişiblər. Əbdül Abdullayev (38 kq), Cavid Cavadov (41 kq), Fuad Yunusov (68 kq) 5-ci yerlə kifayətləniblər.
Məşqçi Əfsər Namazəliyevin rəhbərliyi ilə yunan-Roma güləş millimiz 2 medala sahiblənib. Elmir Əliyev (52 kq) finalda rusiyalı bahadıra qalib gəlib. Əli Əlizadə (68 kq) 3-cü yer tutub.