Avropa çempionatı üçün heyət

Qadın voleybol millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Covanni Kaprara 23 nəfərə dəvət göndərib. Siyahıda yığma karyerasını başa vurduğunu açıqlayan Yana Kulan, Tokio-2020-nin ələməsində millidən kənar qalan Yekaterina Jidkova və Yuliya Kərimova da var:

Toppaylayıcılar: 2.Yana Əzimova, 12.Səmra Qafarova, 14.Kristsina Yaqubova, 18.Şəfaqət Alışanova;
Blokçular: 6.Ayşən Abduləzimova, 7.Olena Həsənova, 21. Kseniya Pavlenko, 22.Mariya Kirilyuk, 23.Larisa Smeltsova;

Hücumçular: 3.Anastasiya Qurbanova, 4.Nelli Salbişvili, 5.Odina Əliyeva, 8.Yelizaveta Səmədova, 9.Anastasiya Bessonova, 10.Yana Kulan, 11.Yekaterina Jidkova, 15.Nurxan Kazımova, 17.Polina Rəhimova, 20.Marqarita Əzizova, 24.Leysan Lyovkina;
Liberolar: 1.Leyla Parşkova, 16.Yuliya Kərimova, 19.Bəyaz Əliyeva.

Qeyd edək ki, Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi edəcəyi Avropa çempionatı avqustun 23-də başlayacaq. Millimiz “C” qrupunda yer alıb. Rəqiblər adı ilk çəkilən ölkənin komandası, Xorvatiya, Niderland, Estoniya və Rumıniyadır. Qrupun oyunları Budapeştdə keçiriləcək.

Həmin kateqoriyadan