Avropa çempionatına hazırlığı Mingəçevirdə davam etdirir

Avqustun 18-dən sentyabrın 4-dək Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyanın ev sahibi olacağı Avropa çempionatında qadın voleybol millimizin oyunlarının təqvimi təsdiq olunub.

Allsport.az saytı xəbər verir ki, final mərhələsində “A” qrupunda komandamız görüşlərini adı ilk çəkilən ölkənin paytaxtı Belqradda keçirəcək. Rəqiblər meydan sahibləri, Bolqarıstan, Rusiya, Belçika, Fransa, Bosniya və Hersoqovinadır.

Azərbaycan yığması Avropa çempionatına hazırlığı Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində davam etdirir.

Həmin kateqoriyadan