Avropa çempionatında 1-ci yer! Yunan-Roma güləşçilərimiz tarixi nəticəni doğma divarlarda qazandı!

Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, millimiz uğurlu çıxış edərək tarix yazdı.

3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan bahadırlarımız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu oldu. Eyni yarışda toplanan xallara görə də özünün ən yaxşı nəticəsini gerçəkləşdirən millimiz, ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqladı. Türkiyə 135 xalla 3-cü yeri tutdu.

Bizdən Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazandılar.

Həmin kateqoriyadan