Avropa çempionatında 1 qızıl və 3 gümüş! Güləşçimizə baş mükafatı Namiq Əliyev təqdim etdi

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə 5 çəkidə mükafatçılar bilinib. Dünən 4 təmsilçimiz finala yüksəlmişdi. Bu gün onlardan biri – Məhəmmədxan Məhəmmədov (97 kq) fəxri kürsünün zirvəsinə qalxıb.

Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) 2-ci yerlə kifayətləniblər. Digər sərbəst güləşçimiz Zirəddin Bayramov (70 kq) bolqarıstanlı Ramazan Ramazanovla 3-cü yer üçün görüşün ilk hissəni 6:0 öndə tamamlasa da, 2-ci yarıda aldığı ağır zədə üzündən 7:11 yenilib.

97 kq-da mükafatlandırmada AGF-in vitse-prezidenti Namiq Əliyev iştirak edib.

Həmin kateqoriyadan