- Baxış sayı: 47
- 25 Sentyabr 2026 18:34
- Baxış sayı: 129
- Sentyabr 25, 2026
- 0

Kiyev idman sarayında bədii gimnastika üzrə 36-cı Avropa çempionatı sona yetib.
Allsport.az saytı xəbər verir ki, yarışda çıxış edən Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə 2-ci yer tutublar. Bu, adı çəkilən növdə, sözü gedən proqramda ilk uğurumuzdur.
Digər, 2 bürünc medal komanda və 3 halqa və 2 cüt gürzlə final çıxışlarında qazanılıb.