- Baxış sayı: 25
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 87
- Avqust 10, 2026
- 0

U-23 qadın millimizin üzvü Elnurə Məmmədova (55 kq), Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatında finala çıxıb. Allsport.az saytı xəbər verir ki, onun 1/4 finalda slovakiyalı rəqibi Mariya Martinçukla görüşdə etdiyi hərəkət diqqət çəkib.
Rəqibinə 10:3 hesabı ilə qalib gələn azərbaycanlı idmançı, həmkarının zədələnərək yeriyə bilmədiyini görüb, “feyr pley” nümunəsi olaraq onu çiyninə alıb döşəkdən çıxmasına yardım edib.
