“Avropa çempionatında da hədəfim 1-ci yerdir”

Dohada ağırlıqqaldıranların olimpiadaya lisenziya xalı verən 6-cı Qətər kubokunda Boyanka Kostova (59 kq) qızıl medal qazanıb. Hazırda dünya əmsalında 123-cü yerdə (2,093.9568) olan milli üzvü bu qələbə ilə hesabına 1000-1200 xal əlavə edəcək. Allsport.az saytına açıqlamasında Boyanka, hədəfinin yalnız və yalnız Tokio oyunlarına düşmək olduğunu deyib:

“Nəticədən razıyam. Elə məşqçilər də. Yaxşı hazırlaşmışdım. Şəxsi çalışdırıcım Laçezar Kişkilov və yığmanın baş məşqçisi Sərdar Həsənova“Zirvə” klubuna minnətdaram.

Yavaş-yavaş yüksək hazırlıq formamı bərpa edirəm. Bundan sonra gələn ilin aprelində keçiriləcək Avropa çempionatına hazırlaşacağam. Orda da hədəfim 1-ci yerdir”.

Həmin kateqoriyadan