Avropa çempionatında daha 13 medal

Azərbaycanın daha 13 idmançısı Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatında medal qazanıb.

Allsport.az xəbər verir ki, yarışın 2-ci günündə yığma üzvlərindən 1-i gümüş, 12-si isə bürünc mükafata yiyələnib.

90 kq çəki dərəcəsində mübarizə aparan Etibar Rzayev yalnız finalda rəqibinə məğlub olub. Ceyhun Cavadzadə, Rüfət Hacıyev (hər ikisi 57 kq), Ariz Hüseynov, Nurlan Məmmədov (hər ikisi 62 kq), Nihad Rzayev, Cəsur Mehtiyev (hər ikisi 68 kq), Xəlil Murzayev (75 kq), Nəsir Həsənov (82 kq), Namiq Babayev (90 kq), Mahir Əliyev, Amin Qulamov (hər ikisi 100 kq) və Sadiq Ağamalıyev (100+ kq) üçüncü yeri tutublar.

Həmin kateqoriyadan