Avropa çempionatında iştirak edəcək gənc qızlar

İyunun 27-dən iyulun 3-dək Romada güləş üzrə U020 Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, AGF-də gənc qızlardan ibarət milli ilə görüş keçirilib.

Federasiyanın baş katibi Nəsimi Musayev, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov və qadınlardan ibarət yığma komandanın baş məşqçi əvəzi Rövşən Umudov məsul yarışda iştirak edəcək güləşçilərə uğurlar arzulayıblar.

Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə Avropa çempionatında iştirak edəcək komandanın tərkibində altı qız idmançı yer alıb. Romada Əsmər Canqurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) güləşəcəklər.

Çempionatın proqramına əsasən iyunun 28-də qadın güləşi üzrə püşkatma mərasimi təşkil olunacaq.

Həmin kateqoriyadan