“Bəzi zədələr dünya çempionatı ərəfəsində mənə mane olurdu“

Rafiq Hüseynov 2-ci dəfə dünya çempionu olub. Allsport.az xəbər verir ki, yunan-Roma güləşçimiz qələbə təəssüratlarını Azərbaycan güləş federasiyasına bölüşüb:

“Dünya kubokundan sonra əməliyyat olundum və Avropa çempionatında optimal forma toplaya bilmədim. Ancaq komanda hesabında nəticə əldə etmək üçün millinin yanında oldum. Heç kim məğlub olmaq istəmir.

Düzdür, medal qazana bilmədim. Ancaq əlimdən gələni etdim. Bəzi zədələr dünya çempionatı ərəfəsində mənə mane olurdu. Dəfələrlə olub ki, yarışa tam hazırsan, ancaq məğlub olursan. Bəzən də zədəli halda daha yaxşı çıxış edirsən.

Həmin kateqoriyadan