- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Macarıstanda qitə çempionatında uğurlu çıxış edən sərbəst güləş millimiz bu gün Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Budapeştdə baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə 1 qızıl, 4 gümüş və 2 bürünc medalla komanda hesabında 1-ci olan yığmamızı Heydər Əliyev beynəlxalq aeroportunda gənclər və idman nazirliyinin və güləş federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və onların yaxınları qarşılayıb.