- Baxış sayı: 65
- 10 May 2026 15:37
- Baxış sayı: 76
- May 11, 2026
- 0

Moskvada Ümumrusiya Uşaq İdmanı Federasiyasının ilk prezidenti Şevalye Nusuyevin xatirəsinə beynəlxalq güləş turniri keçirilir. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə Azərbaycan millisi də iştirak edir.
İlk yarış günündə mükafatçılar arasında Mahmud Məhəmmədov (61 kq) da yer alıb. Avropa çempionumuz bürünc medal qazanıb. O, 3-cü yer uğrunda görüşdə rusiyalı rəqibi İmam Qadjiyevdən güclü olub.
Artıq ənənəvi olaraq hər il keçirilən yarışda Rusiya idmançıları yanaşı, Azərbaycan, Əfqanıstan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukraynadan 300 pəhləvan çıxış edir.